“Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb

“Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb

Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
 
Qərargahdan APA-ya bildirilib ki, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində bu gün fevralın 28 – də dənizin “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb. 
 
Meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi olub-olmadığı müəyyənləşdirilir. Mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. /

Google+ WhatsApp ok.ru