Əsgəreyn hərəminin yeni zərihi artıq Samirrada - FOTO

Əsgəreyn hərəminin yeni zərihi artıq Samirrada - FOTO

Onuncu imam İmam Əliyyən Nəqi (ə) və on birinci imam İmam Həsən Əskərinin (ə) müqəddəs hərəmlərinin yeni zərihləri artıq Samirra şəhərinə gətirilib. 

Maide.Az xəbər verir ki, yeni zərih  tezliklə mübarək qəbirlərin üzərinə quraşdırılacaq. 

Əskəreyn hərəminin yeni zərihi İranın Qum şəhərində hazırlanıb.  Bu zərihin hazırlanması 4 il çəkib.  Onun hazırlanmasında  10 ton yarım ağac,  4 ton yarım gümüş və 70 kiloqram xalis qızıldan istifadə olunub. 
 
Qeyd edək ki, on ikinci imam İmam Zamanın (ə.f) babası, onuncu imam İmam Əliyyən Nəqi (ə) və atası, on birinci imam İmam Həsən Əsğərinin (ə) əziz məzarlarının yerləşdiyi müqəddəs Əsgəreyn hərəmi İraqın müqəddəs Samirra şəhərində yerləşir.
 
Xatırladaq ki, ABŞ-ın İraq işğalı zamanı müqəddəs Əskəreyn hərəmi top atəşinə tutulmuş, hərəmin günbəzlərindən biri zədələnmişdi. Oxşar cəhdi son aylarda İŞİD terrorçuları da həyata keçirməyə çalışsalar da, İraq ordusu və könüllüləri bu rəzalətin qarşısını alıb.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru