“Whatsapp”, “Messenccer” və “Skype”la buna görə danışmaq olmurmuş - Karikatura

“Whatsapp”, “Messenccer” və “Skype”la buna görə danışmaq olmurmuş - Karikatura

Azərbaycanda Whatsapp, Messenccer və Skype kimi beynəlxalq sosial şəbəkələrdə görüntülü və səsli danışıqların bir neçə gündür bloklanması ölkənin gündəm mövzusuna çevrilib
 
Bu barədə müxtəlif fikirlər səsləndirilsə də NRYT nazirliyi  hələ ki, heç bir açıqlama vermir.
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər NRYTN –ın göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib. Bizdə artıq çox doğru olaraq praktika formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil ki, internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru