Şəhid anasının fəryadı  - VİDEO

Şəhid anasının fəryadı - VİDEO

Məcburu köçkün, şəhid anası Füqura Quliyeva evinin qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə müraciət edib.
 
Bu barədə “Qafqazinfo”ya açıqlama verən F. Quliyeva bildirib ki, o Füzuli rayonunun Yuxarı Dilağarda kəndindən məcburi köçkündür. Lakin kənd işğal olunan gündən rayonun Araz Dilağarda kəndində tikdiyi çiy kərpicdən olan evdə yaşayır. Şəhid anası olan F. Quliyeva evinin divarlarının çatladılğını, bunun ailə üzvləri üçün təhlükə ola biləcəyini deyir: “Yağışlar yağandan sonra ev daha da bərbad duruma düşüb. Mənə rayon ərazisində məcburi köçkünlər üçün tikilən qəsəbələrin heç birində ev verilməyib. Özümün və oğlumun maddi imkanı evi təmir etməyə imkan vermir. Körpə nəvələrim var və qışın soyuğunda bu evdə necə yaşayacağıq, bilmirik. Mən FHN rəhbərliyindən baş verə biləcək faciənin qarşısını alması üçün tədbir görməsini istəyirəm”. F. Quliyeva deyib ki, torpaqdan olan kərpiclər artıq dağıldığından evin uçma təhlükəsi mövcuddur. 
 
O, bildirib ki, problemin həlli ilə bağlı rayon İcra Hakimiyyəti bir neçə dəfə söz versə də, iki ildən artıqdır heç bir tədbir görülməyib. 
 
Qeyd edək ki, F. Quliyevanın oğlu Natiq Quliyev 1992-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. /
 
 
 

Google+ WhatsApp ok.ru