“Azərbaycan tarixi” dərsliyində rüsvayçılıq 07 Oktyabr 2017 01:00 Xəbərlər “Azərbaycan tarixi” dərsliyində Azərbaycan ərazisi Ermənistanın tərkibində göstərilib. Sosial şəbəkələrdə Azərbaycanda məktbədə tədris edilən dərsliklərdən birində növbəti rüsvayçılığın yer alması barədə xəbər yayılıb. Bildirilir ki, 10-cu sinif şagirdləri üçün rus dilindəki “Azərbaycan tarixi” kitabında yer almış xəritədə dənizdən dənizə “Böyük Ermənistan” dövlətinin mövcud olduğu göstərilib. Həmin xəritəyə əsasən, Azərbaycanın, İranın, Gürcüstanın və Türkiyənin ərazilərinin bir hissəsi guya vaxtilə Ermənistan adlı dövlətin tərkibində olub. Qeyd edək ki, 9 nəfərin müəllifi olduğu dərslik 2017-ci ildə Bakıda çap edilib və 7000 tirajla yayılıb.(milli.az) Teqlər : #Azərbaycan tarixi dərsliyində rüsvayçılıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Baş nazirin müavini yol qəzasında öldü ABŞ-da 6,5 bal gücündə zəlzələ olub