Şənbə gününə olan hava proqnozu açıqlanıb

Şənbə gününə olan hava proqnozu açıqlanıb

-- Bakı ətrafı ərazilərdə sulu qar yağacaq

Noyabrın 25-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
 
Maide.Az bildirir ki, ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə  3-5° isti, gündüz  8-11° isti olacağı gözlənilir.
 
Bakıda gecə  3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 766  mm civə sütunundan  773 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  75-85 % olacaq. 
 
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 25-26-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 25-də arabir güclənən xəzri küləyinin 26-da gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda  əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru