“Qarabağın azadlığı islam ümmətinin vəhdətindən keçir” – Hacı İlham Əliyev

“Qarabağın azadlığı islam ümmətinin vəhdətindən keçir” – Hacı İlham Əliyev

-- Vəhdətimizin mehvəri də əziz İslam peyğəmbəri(s) və onun Əhli-beytidir(ə).

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev İran İslam Respublikasında təşkil edilən “Beynəlxalq Əhlibeyt sevərlər və təkfirçilər“ – adlı konfransa qatılıb.
 
İslaminSesi xəbər verir ki, konfransa dünyanın müxtəlif müsəlman ölkələrindən ruhani alimlər, siyasi xadimlər, təşkilat rəhbərləri və media nümayəndələri qatılıblar. AİP sədr əvəzi Hacı İlham Əliyevdən əlavə konfransda ölkəmizi QAT sədri Akif Nağı, ruhani alim Hacı Vasif Nəftullayev, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, ilahiyyatçı-alim Əlizaman Əliyev təmsil ediblər.
 
Konfransda çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev qeyd edib ki, mövcud zamanda islam ümmətinin vəhdəti hər şeydən öndə olan ən mühüm vacib məsələdir. Bu günlərdə İŞİD tipli terror təşkilatları üzərində olan qələbələrin məhz vəhdətə görə ən yüksək formada baş tutduğunu söyləyən Hacı İlham Əliyev, “Qarabağ, Fələstin və Qüds kimi müsəlman torpaqlarının işğaldan azad edilməsi də məhz müsəlmanların vəhdəti ilə mümkün olacaq. Vəhdətimizin mehvəri də əziz İslam peyğəmbəri (s) və onun Əhli-beytidir (ə). İslam ümmətində müxtəıif məzhəblərin olmasına baxmayaraq bütün məzhəblər hamısı Əhli-Beyt(ə)-ın məhəbbətini özlərinə vacib biliblər” – deyə bildirib.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru