“Facebook”un xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək 12 Yanvar 2018 02:00 Maraq dünyası -- Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq... “Facebook” sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək. Maide.Az bildirir ki, “Report” xəbər verir ki, bunu öz “Facebook” səhifəsində sosial şəbəkənin yaradıcısı Mark Sukerberq elan edib. “Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün bizim məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi”, — deyə məlumatda bildirilir. O, həmçinin əlavə edib ki, əsas dəyişikliklər xəbər lentində nəzərə çarpacaq, orada daha çox dostlardan, ailə üzvlərindən və qruplardan paylaşımlar görünəcək. Sukerberq həmçinin xatırladıb ki, “Facebook” insanların bir-birinə yaxın olması üçün yaradılıb, lakin son zamanlar istifadəçilər daha çox şirkətlər, xəbər nəşrləri və bredlərin paylaşdığı tərkiblərin sosial şəbəkədən istifadəyə mane olduqlarından şikayət etməyə başlayıblar. Teqlər : #Facebookun xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada ən kiçik fləş kart hazırlanıb Maraqlı təcrübə: Qızlara və oğlanlara ayrı dərs keçildi