‘Android’li köhnə smartfonların dəstəklənməsi dayandırılacaq

‘Android’li köhnə smartfonların dəstəklənməsi dayandırılacaq

“Google” şirkəti “Android 4. x. Ice Cream Sandwich” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların yenilənməsini dayandıracaq.
 
Bu qurğuların sahibləri “Play Store” mağazasını və quraşdırılan əlavələri yeniləyə bilməyəcəklər. Bu isə faktiki olaraq tərtibatçının bu əməliyyat sistemli modelləri dəstəkləməkdən imtina etməsi deməkdir.
 
Qeyd olunur ki, “Android 4. x. Ice Cream Sandwich” əməliyyat sisteminin əsasında bütün “Android” smartfonlarının təxminən 1 faizi işləyir. Sistemdən ilk “Samsung Galaxy Nexus+” modeli buraxıldıqdan sonra 7 il istifadə olunub.(İctnews)
 

Google+ WhatsApp ok.ru