‘WhatsApp’da yeni funksiya olacaq

‘WhatsApp’da yeni funksiya olacaq

“WhatsApp Messenger”in proqram təminatçıları yeni funksiyanı sınaqdan keçirirlər.
 
Maide.Az “Qafqazinfo”a istinad  xəbər verir ki, bu barədə “Engadget” portalı məlumat yayıb. Bundan sonra “WhatsApp” şəkillərinin həqiqi olub-olmadığını yoxlamaq imkanı yaranacaq. İstifadəçilərdən biri 2.19.73 yenilənməsində “şəkil üzrə axtarış” imkanını aşkara çıxarıb.
 
Yeni funksiya sayəsində fotonu “Google”a yükləyərək montaj olub-olmadığını, eyni zamanda ona bənzər şəkilləri yoxlamaq mümkün olacaq. Bu funksiya hazırda aktiv deyil. Şirkət əlavə məlumat verməyib.
 

Google+ WhatsApp ok.ru