‘Qiymətlər ötən ilə nisbətən daha yüksəkdir’

‘Qiymətlər ötən ilə nisbətən daha yüksəkdir’

"Bizimyol-info"az da "Qiymətlər ötən ilə nisbətən daha yüksəkdir": Bayram bazarlığı " sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Novruz bayramı ərəfəsi məhsulların qiymətlərinin öyənilməsi üçün paytaxtın ayrı-ayrı satış nöqtələrində alıcı və satıçılarla söhbətləşir.
 
Yazı müəllifinin deməsinə görə, bəzi alıcılar bayram bazarlığını Bakının Nəsimi rayonunda yerləşən "Təzə bazar"dan ediblər və ötən illə müqayisədə qiymətlər nisbətən baha olsa da digər satış mərkəzlərindın ucuz başa gəlib.
 
Müəllif deyir ki, "Təzə bazar"da satıcılar bahalığı satış nöqtələrinin icarə haqqının bahalaşması ilə əlaqələndirdilər, bəzi satıcıların sözlərinə görə, mart ayında alış-veriş çox olduğuna görə icarə haqqı digər aylara nisbətən yüksək qoyulub:"Yeni il ərəfəsində və Novruz bayramı ərəfəsində yerin icarə qiyməti qaldırılır bu səbəbdən də bu qiymətlərə təsirsiz ötüşmür. Bu ay da yerhaqqı artıb, ona görə də satdığımız məhsulun üzərinə nisbətən daha çox qoymalı oluruq.
 
Lakin alıcılarımız da çox olur, məcburiyyətdən alırlar, çünki başqa yerlərdə də qiymətlər bahadır".
 
Alıcılara gəlincə, müəllif deyir ki, onlar qiymətin bahalığından şikayət edirlər: "Ötən il şabalıdı 6 manata alırdıq, ən pis halda 7 manata alırdıq, bu il isə ən yaxşı halda şabalıdı 8 manata alırıq. Eyni zamanda qoz və fındıq ləpəsinin də qiymətində artım var. Əvvəl 10-12 manata alırdıqsa bu il qiymət 13 manatdan başlayır".
 
Müəllifin deməsinə görə, bəzi alıcılar Bakı şəhərinin bir neçə yerində təşkil edilən yarmarkalarda da qiymətlərin digər yerlərdən baha olduğunu bildiriblər.
 
"Bayram yarmarkalarında da qiymətlər bahadı. Ələlxüsus da meyvə- tərəvəzlər. Bu səbəbdən meyvələri, xüsusilə də yerli meyvələri Səməd Vurğun bağının yaxınlığında yerləşən satış nöqtələrindən alırıq".
 
Müəllif "Nizami" metrostansiyasının qarşısında qurulan yarmarkadakı qiymətlər barədə deyir ki, qoz ləpəsi 13-18, təmizlənməmiş fındıq ləpəsi 13 manat, təmizlənmiş və qovrulmuş 15 manat, ərik qurusu 13 manat, sarı kişmiş 7, qara kişmiş isə 9-10 manat civarında idi.
 
Müəllifin deməsinə görə, yarmarkaya yaxın ərazidə fərdi satışla məşğul olan qadın isə qoz ləpəsini 11 manata, şabalıdı 8 manata, təmizlənmiş və qovrulmuş fındıq ləpəsini 13 manata, ərik qurusunu isə 10 manata satırdı.
 
Müəllif deyir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsindəki yarmarkada da alıcılar qiymətlərin çox baha olduğunu deyir, səbəb kimi isə ərazidə fəaliyyət göstərən satıcıların məhsullarını yarmarkada satmasını göstərir. Mahiyyət etibarilə heç nə dəyişməyib, eyni bahalıq, eyni məhsullar və eyni satıcılar".
 

Google+ WhatsApp ok.ru