Əlcəzair prezidenti ordu generalının ultimatumundan sonra istefa verdi

Əlcəzair prezidenti ordu generalının ultimatumundan sonra istefa verdi

Əlcəzairi 20 ildir idarə edən prezident Əbdüləziz Buteflika ölkədə həftələrdə davam edən aksiyalardan sonra vəzifəsindən istefa verib.
 
Maide.Az "faktxeber"-ə istinadən xəbər verir ki,  istefadan bir neçə saat əvvəl ölkənin Baş Qərargah rəisi  Əhməd Kayid Salih prezidentə dərhal vəzifəsini tərk etməsi barədə tələb irəli sürmüşdü. Ordudan gələn bu  ultimatumdan sonra Buteflika vəzifəsindən istefa verdiyini açıqlayıb.
 
Qeyd edək ki, Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın 20 ildir ölkənin başında durmasına rəğmən, 5-ci dönəm üçün  də prezidentliyə namizəd olması böyük narazılıqlara səbəb olmuşdu: yüz minlərlə insan küçələrə axışaraq 82 yaşlı  Buteflikanın namizədliyinə etiraz etmişdi.
 

Google+ WhatsApp ok.ru