Əfqanıstanda baş vermiş partlayışda 7 uşaq həyatını itirib

Əfqanıstanda baş vermiş partlayışda 7 uşaq həyatını itirib

Əfqanıstanın şərqində Loğman vilayətinin Mitarlam şəhərində baş vermiş partlayış nəticəsində 7 uşaq həyatını itirib.  
 
Maide.Az “Əl-Balad”səsi saytına istinadla xəbər verir ki,  uşaqlar evlərinin yanında oyun oynayarkən mina partlayıb, 7 uşaq həyatını itirib, bir neçə nəfər yaralanıb. 
 
Qeyd edək ki,  statistikaya əsasən, ayda ən az 120 Əfqanıstan vətəndaşı mina partlaması nəticsəində   ölür və ya xəsarət alır.  Əfqanıstanda 1700 kilometrdən artıq ərazi hələ də minalardan təmizlənməyib. 
 
 

Google+ WhatsApp ok.ru