Əgər bir univeristet elə tələbə haqlarını qaldırırsa? ...

Əgər bir univeristet elə tələbə haqlarını qaldırırsa? ...

"Yeni Sabah.az"da "Belə universitetin fəaliyyət göstərməsi lazım deyil" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif təhsil müəssisələrinin akkreditasiyadan keçmələri və fəaliyyət göstərmələrini təhsil sahəsi üzrə ekspert Kamran Əsədovla müzakirə edir.
 
"Ali təhsil müəssisələri 5 ildən bir akkreditasiyadan keçirlər. Bu müddətdə, əlbəttə, dünya təhsil sistemində ciddi dəyişikliklər baş verir, yeniliklər olur".
 
Bu sözləri ekspert Kamran Əsədov "Yeni Sabah"a təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün müəyyən olunan dövlət rüsumunun məbləği haqqında danışarkən deyib.
 
K.Əsədov deyir ki, universitetlər yarananda lisenziya almaq üçün dövlət rüsumunu ödəyirlər: "Bu müddətdə universitetlərin maddi - texniki bazası köhnəlir. Buna görə də, Təhsil Nazirliyi tərəfindən universitetlərin akkreditasiyadan keçirilməsi zəruridir. Nəzərə alsaq ki, universitetlər yarananda lisenziya almaq üçün dövlət rüsumu ödəyirlər, ona görə də akkreditasiyadan keçəndə bunun üçün rüsumun ödənilməsi problem deyil".
 
Amma ekspert xəbərdarlıq edir ki, əgər universitet hansısa bir rüsumun ödənilməsi üçün tələbələrin təhsil haqqını artırırsa, bu, onun rentabelli fəaliyyət göstərməməsinin göstəricisidir və belə universitetin fəaliyyət göstərməsi də lazım deyil.
 
Ekspert vurğulayır ki, universitetlər xidmət göstərməli və gəlir əldə etməlidirlər, Azərbaycanda isə universitetlər gəlirlərini ancaq tələbələrin təhsil haqqı üzərində qurublar.
 
K.Əsədov hesab edir ki, akkreditasiyanın pullu olması müvafiq qurumun da ciddiyyətini artıracaq: "Bizdə hətta dövlət universitetləri var ki, akkreditasiyadan keçə bilməyiblər. Çünki bu prosesə ciddi yanaşmayıblar. Ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirə bilmirlər. Onların maddi - texniki bazası zəifdir, laboratoriyaları yox dərəcəsindədir", - ekpert bəzi universitetlərin fəaliyyət imkanlarını belə dəyərləndirir.
 
Ekspertə görə, amma ciddi şəkildə akkreditasiya təşkil olunsa, buna görə rüsum tələb olunsa, qeyd olunan problemlər aradan qalxar. Nəzərə alsaq ki, Təhsil Nazirliyi akkreditasiya üçün resurslar cəlb edir və akkreditasiya daha çox universitetin özü üçün lazımdır, buna görə rüsum tətbiq olunmalıdır".
 
Xatırladaq ki, mayın 17-də Milli Məclisin plenar iclasında Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib. Bununla məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, ümumi təhsil müəssisələri üçün 5000, məktəbdənkənar təhsil müəssisələri üçün 7000, peşə təhsili müəssisələri üçün 10 000, orta ixtisas müəssisələri üçün 15 000, ali təhsil müəssisələri üçün 20 000, əlavə təhsil müəssisələri üçün 15 000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 15 000 manat müəyyən edilib.
 
Amma bəzi deputatlar təklif edilən rüsumlarla bağlı etiraz ediblər.
 

Google+ WhatsApp ok.ru