​Özbəkistanda ‘avtokratiya modernləşir’

​Özbəkistanda ‘avtokratiya modernləşir’

Xarici Siyasət Tədqiqatları İnstitutu (Foreign Policy Research Institute) Özbəkistanda son illərin islahatlarına dair hesabat hazırlayıb.
 
Onillərlə çəkən repressiya və təcriddən sonra Prezident Islam Karimov 2016-cı ildə vəfat etdi və Shavkat Mirziyoyev hakimiyyətə keçdi. O vaxtdan hökumət repressiyanı yumşaltmaq, artımı stimullaşdırmaqdan ötrü daha azad bazar yaratmaq, xarici investisiya cəlb etməkdən ötrü bir sıra islahatlar həyata keçirib. Karimov erasının liderləri gənc texnokratlarla əvəzlənib, qonşu Orta Asiya ölkələri ilə əlaqələr bərpa olunub.
 
“Ancaq Özbəkistanda gördüyümüz demokratikləşmə deyil. Bu, ‘avtokratiyanın modernləşməsi’dir. Əhalinin demokratikləşmə tələblərinin ödənməsindən ötrü selektiv iqtisadi və siyasi islahatlar aparılır, di gəl, mövcud elita ölkənin qloballaşma və marketizasiyadan qazancının çoxunu mənimsəyirlər. Sonucda qorxutma deyil, inandırmaya əsaslanan daha yumşaq avtoritar rejim yaranır. İndiyədək bir çox vətəndaşlar islahatları alqışlayıblar. Amma rejim vədlərinə əməl etməsə və əlavə dəyişiklik tələbi artsa, Mirziyoyev-in yeni özbək yoluna həm Karimov erası repressiyasına qayıtmaq istəyənlər, həm də əsl demokratikləşmə arzulayanlar dirəniş göstərə bilər”, – hesabatda vurğulanır. /azaldiq.org /
 

Google+ WhatsApp ok.ru