‘Telegram’ telefon nömrələrinin hamıdan gizlədilməsinə imkan verəcək 31 Avqust 2019 20:46 Maraq dünyası "Telegram" bir neçə gündən sonra telefon nömrələrinin hamıdan, o cümlədən abunəçinin adını kontaktlar siyahısına daxil edənlərdən də gizlədilməsinə imkan verəcək tətbiq buraxmağı planlaşdırır. Maide.Az "Report" a istinadla xəbər verir ki, bu barədə "Reuters" mənbəyinə istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, bu qərar Honkonqda messencerdəki böyük qrup söhbətlərindən istifadəçi məlumatları alan yerli hökumət və Çin orqanları tərəfindən izlənmədən çəkinən etirazçıların narahatlığı ilə bağlıdır. Hazırda "Telegram"ın parametrlərində nömrəni gizlətmək üçün seçim var, lakin kimsə onu kontaktlarında saxlayırsa, məxfilik parametrlərindən asılı olmayaraq, telefon messencerin özündə görünür. Teqlər : #‘Telegram’,#telefon,#nömrələrinin,#hamıdan,#gizlədilməsinə,#imkan,#verəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransada uşaqlar məktəbə üç yaşından gedəcək Bu smartfonları işlədənlərə ŞAD xəbər - SİYAHI