‘Süfrələrdə yemək üçün balıq tapılmır...’ 12 Oktyabr 2019 09:10 Ölkə "Azərbaycan xalqı balıqsevən xalq olsa da, süfrələrdə yemək üçün balıq tapılmır". Maide.Az Sputnik Azərbaycan-a isitnadla xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən tədbirdə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib. O qeyd edib ki, Azərbaycanda il ərzində adambaşına düşən balıq məhsullarından istifadə çəkisi 3-4 kq təşkil edir: "Halbuki bu göstərici dünyanın bir sıra ölkələrində 20 kq, Asiya ölkələrində isə hətta 40 kq təşkil edir. Biz bu sahədə müəyyən işlər görməli, balıq məhsullarından istifadənin miqdarının artırılmasına çalışmalıyıq". Teqlər : #‘Süfrələrdə,#yemək,#üçün,#balıq,#tapılmır...’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda bağçalara uşaqların qəbulu elektron qaydada həyata keçiriləcək Sabahın hava proqnozu açıqlanıb