‘Facebook’ və ‘İnstagram’ın işində qüsurlar yaranıb 25 Oktyabr 2019 06:11 Maraq dünyası "Facebook" və "İnstagram" sosial şəbəkələrinin istifadəçiləri xidmətlərin işlərində qüsurlarla üzləşiblər. Bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir. Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada, Almaniya, Böyük Britaniya v Portugaliya sakinlərində müşahidə edilir. Bildirilir ki, "Facebook" istifadəçilərin şikayətlərinin təxminən 45 faizi sosial şəbəkənin xəbər lentinin, 34 faizi sosial şəbəkənin tamamilə işləməməsi, 19 faizi isə öz hesablarına daxil ola bilməmələri ilə əlaqədardır. "İnstagram" istifadəçilərinin isə təxminən 83 faizi sosial şəbəkənin xəbər lentinin işləməməsi, 9 faizi saytların çətin açılması, 6 faizi isə ismarıclara baxa bilməmələrindən şikayət edirlər. /Trend Teqlər : #‘Facebook’,#və,#‘İnstagram’ın,#işində,#qüsurlar,#yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya təhlükədə - Buzlar əriyir Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...