‘Almaniyada müsəlmanların təhlükəsizliyi qorunmur’

‘Almaniyada müsəlmanların təhlükəsizliyi qorunmur’

Almaniyada yaşayan müsəlman cəmiyyətlərdən birinin rəhbəri və Berlin şəhərinin İslam Şurasının rəisi Bürhan Kesici bu ölkədə müsəlmanların təhlükəsizlik durumunu tənqid edib.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, o deyib ki, Almaniyada yaşayan müsəlmanlar kifayət qədər özlərini təhlükəsiz hiss etmirlər.
 
Cari ilin son aylarında məscidlərə hücumların artdığını deyən B.Kəsici deyib ki,  bu il Almaniyada müsəlmanların 80 məscidinə islamofobiya və dini ayrıseçkilik zəminində hücum olunub. Buna görə də təlükəsizlin vəziyyəti mürəkkəbləşib və müsəlmanlar özlərini kifayət qədər təhlükəsiz hiss etmirlər.
 
Berlin şəhərinin İslam Şurasının rəisi qeyd edib ki, ölkənin təhlükəsizlik qüvvələri ilə danışıqarımız da problemi həll edə bilməyib. "Ölkə rəsmiləri bu məsələdə müsəlman cəmiyyətləri ilə yaxından həmkarlıq etməli və bu barədə müsəlmanlarla yol göstərməlidirlər. Belə olmazsa, müsəlmanlar təhlükəsizlik qüvvələrinə olan güvən və etimadlarını itirəcək."
 
Qeyd edək ki, ötən həftə Kolen şəhərinin məscidlərindən biri bomba qoyulması xəbəri ilə təhdid edilmişdi. Təhdidin ardınca polis məscidi boşaltmış və bomba tapa bilməmişdi.       
 

Google+ WhatsApp ok.ru