‘YARAT’ mərkəzində İran istehsalı olan filmlərin nümayişinə başlanılıb

‘YARAT’ mərkəzində İran istehsalı olan filmlərin nümayişinə başlanılıb

“YARAT” Müasir İncəsənət Mərkəzində son bir neçə il ərzində ən böyük kinofestivalların tamaşaçı və tənqidçilərinin diqqətini cəlb edən İran istehsalı olan filmlərin nümayişinə başlanılıb.
 
“YARAT”dan bildirilib ki, tamaşaçılar İranın tanınmış ən məşhur rejissorlarının filmlərini izləmək imkanı əldə ediblər.
 
Belə ki, fevralın 5-də “Təsdiqlənmiş surət” (2010), 11-də “İran” (1977), 12-də isə “Bəhcad Sədr: Dayandırılmış zaman” (2013) filmləri göstəriləcək.
 
Qeyd edək ki, hər kəsin filmləri izləmək imkanı var. /azertac
 

Google+ WhatsApp ok.ru