‘Yayda xaricə gedənlər qayıdandan sonra karantində saxlanılmalıdır’ 20 May 2020 10:48 Ölkə TƏBİB rəsmisi Azərbaycanın xarici ölkələrlə sərhədlərini açması və vətəndaşlara turistik səfərlərə icazə verilməsi məsələsinə aydınlıq gətirib. TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada çıxışı zamanı bildirib ki, Azərbaycanda iyun ayından etibarən bu məsələlər müzakirə mövzusuna çevriləcək: “Ancaq vətəndaşların gedəcəyi ölkədə pandemiyanın vəziyyəti nəzərə alınacaq. Məsələn, İtaliya turistik ölkədir, iqtisadiyyatı tam turizm üzərində qurulub. Bu baxımdan İtaliya iqtisadiyyatı bərpa etmək məqsədi ilə turizmi açmaq niyyətindədir. Ancaq Azərbaycanda turizmin açılması ölkə iqtisadiyyatını dirçəltməklə yanaşı, insanların sağlamlığını təhlükə altına qoyur. Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq müzakirə aparılıb qərar veriləcək. Lakin hər hansı bir ölkəyə gedən vətəndaşlarımız qayıtdıqdan sonra karantində saxlanılmalıdır. Bu baxımdan turistik səfərin həmin vətəndaşın işinə hansı formada yarayacağı da başqa bir məsələdir”.(qafqazinfo) Teqlər : #‘Yayda,#xaricə,#gedənlər,#qayıdandan,#sonra,#karantində,#saxlanılmalıdır’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şagirdlər arasında keçiriləcək qiymətləndirilmə monitorinq xarakterli olacaq Mayın 21-də gözlənilən hava proqonozu