‘WhatsApp’ istifadəçilərə yeni fırıldaqçılıq barədə xəbərdarlıq etdi 02 İyun 2020 10:02 Maraq dünyası "WhatsApp" messencer istifadəçilərinə fırıldaqçıların hesablarına daxil ola biləcəkləri yeni sxem barədə xəbərdarlıq edib. Maide.Az bildirir ki, bu barədə "Forbes" məlumat yayıb. Bildirilir ki, profillərin oğurlanması telefon nömrəsi ilə bağlanılma və messencerin SMS vasitəsilə təsdiqlənməsi sistemindən istifadə etməsi səbəbindən mümkün olub. Qeyd olunur ki, yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar. Potensial zərərçəkənin tanışlarından kiminsə "WhatsApp" və ya "Facebook"a daxil olmasından sonra aşağıdakı mesaj göndərilir: “SMS göndərə bilmirəm, ona görə də "WhatsApp"dan kod ala bilmirəm. Nömrənizə bir şifrə göndərməyimi xahiş etdim. Xahiş edirəm onu mənə yönləndirin". Teqlər : #‘WhatsApp’,#istifadəçilərə,#yeni,#fırıldaqçılıq,#barədə,#xəbərdarlıq,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib Facebook-da yeni funksiya istifadəyə verildi