Əcnəbilər pullarını Azərbaycandan çəkirlər

Əcnəbilər pullarını Azərbaycandan çəkirlər

“Banker.az” saytı isə “Əcnəbilərin banklarımızdakı əmanətləri geri çəkilir: II devalvasiyadan bu tərəfə 6 qat azalıb” sərlövhəli məqalədə xaricilərin Azərbaycan banklarında saxladıqları pulların azalması səbəbləri araşıdırılır.
 
Azərbaycanda əcnəbi vətəndaşlarının (qeyri-rezident) banklardakı depozitləri azalıb, bu azalmaya səbəb isə xarici valyutadakı əmanətlərdə böyük enişidir.
 
Avqust ayının əvvəli qeyri-rezidentlərin Azərbaycan banklarındakı depozitlərinin həcmi 314.5 milyon manat ekvivalentində olub. Bunun, 104.4 mln. manatı milli valyutada 210.1 mln. manat ekvivalentində isə isə xarici valyutada yerləşdirilmiş depzoitlər olmuşdur.
 
Müəllif əlavə edir ki, xarici valyutalar üzrə qeyri-rezidentlərin depozitlərinin azalması 2015-ci ilin dekabrından davam edir: “Bildiyimiz kimi həmin tarixdə ölkədə ikinci devalvasiyadan baş verib. Həmin tarixə qədər (2015-ci ilin dekabrı) ölkədə əcnəbilərin banklara etibar edib yatırdıqları depozitlərin həcmi 1 milyard 233.1 milyon manat ekvivalentində olub ki, bunun da yalnız 33.9 mln. manatı milli valyutada idi. Yəni, xarici valyutada qeyri-rezidentlərin depozit məqsədli yatırımlarının həcmi 1 milyard 199.1 milyon manat idi.
 
Bu isə ikinci devalvasiyadan bu tərəfə qeyri-rezidentlərin xarici valyutada əmanətlərinin 5.7 dəfə azalması anlamına gəlir. Təkcə ilin əvvəli ilə müqayisədə 102.02 mln. manat (23% azalma) ekvivalentində xarici valyutada olan  əmanətlər geri çəkilib.

Google+ WhatsApp ok.ru