‘Bank Standart’ əmanətçilərinin növbəti aksiyası

‘Bank Standart’ əmanətçilərinin növbəti aksiyası

Müflis olan “Bank Standart”ın əmanətçiləri cümə axşamı  Mərkəzi Bankın binası qarşısında etiraz aksiyası keçiriblər.

Onlar əmanətlərinin qaytarılmasını, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun açıqlama verməsini  tələb ediblər, onu “oğru” adlandırıblar. 

Əmanətçilər “BankStandart pulumuzu qaytar!” və “Elman çıx, oğru, çıx!” şüarlarını səsləndiriblər.

Amma bankdan heç kim çıxmayıb, polis isə aksiyanın gedişinə müdaxilə etməyib.
 
* Əmanətçilər Komitəsinin sədri Şahin Əhmədov bu ilin yanvarında Turan agentliyinə bildirib ki, 10 mindən çox Azərbaycan vətəndaşı “Bank Standart” dan öz pullarını almayıb. Onların arasında 30 min dollara qədər vəsait qoyanlar 400 nəfərdir.
 
“Bank  Standart”  2016-cı ilin oktyabrında müflis elan edilib.  /turan /

Google+ WhatsApp ok.ru