Şəhidlərimizin ad-soyadı açıqlandı - Siyahı

Şəhidlərimizin ad-soyadı açıqlandı - Siyahı

Azərbaycan Müdafiə Nazirliyi bu gün, dekabrın 8- də İkinci Qarabağ savaşında həlak olan hərbi qulluqçuların ad və soyadlarını açıqlayıb.
 
Vətən müharibəsində həlak olmuş hərbi qulluqçuların siyahısı
 
Nazirlik beş gün öncə, dekabrın 3-də yaydığı məlumata əlavə olaraq bildirib ki, (onda 2783 nəfər hərbi qulluqçunun həlak olduğu qeyd edilmişdi) bugünədək 2723 nəfər dəfn edilib: "Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir".
 
Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 3-də bildirmişdi ki, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.
 
Həmin savaşda 94 mülki şəxsin də həlak olduğu, 400-dən çoxunun isə yaralandığı açıqlanmışdı.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
 
 

Google+ WhatsApp ok.ru