Pakistanın sabiq Prezidenti Məmnun Hüseyn vəfat edib

Pakistanın sabiq Prezidenti Məmnun Hüseyn vəfat edib

Pakistanın sabiq prezidenti Məmnun Hüseyn ötən gecə Kəraçidə müalicə olunduğu xəstəxanada vəfat edib.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, Məmnun Hüseyn xərçəng xəstəliyindən əziyyət çəkib.
 
Sabiq prezident 1940-cı ildə Hindistanın Aqra şəhərində dünyaya gəlib, 1969-cu ildən siyasətlə məşğul olub, müxtəlif vəzifələrdə çalışıb.
 
Məmnun Hüseyn 2013-2018-ci illərdə Pakistanın 12-ci Prezidenti olub.

Google+ WhatsApp ok.ru