''Aİ-95'' və ''Aİ-98'' markalı benzinin qiyməti bahalaşdı 20 Avqust 2018 01:00 Ölkə Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Bu barədə məlumatları yanacaq doldurma məntəqələrindən də təsdiq ediblər. Ancaq, hələ, bəzi yanacaq doldurma məntəqələrində qiymət lövhəsinin dəyişdirilmədiyi bildirilir. Yanacaq doldurma məntəqələrindən verilən məlumata görə, “ Aİ-95” markalı benzinin litri 1 manat 50 qəpiyə yüksəlib. Həmin markalı benzin bundan əvvəl 1 manat 25 qəpiyə satılırdı. “Aİ-98” super markalı benzinin bir litrinin isə 1 manat 60 qəpiyə qaldırıldığı bildirilir. Bu markalı benizin isə bundan öncə 1 manat 50 qəpiyə idi. “Premium Euro-95” və “Super Euro-98” markalı benzinlər Azərbaycana idxal edilir. Onların qiymətini Tarif Şurası tənzimləmir. Azərbaycanda sonuncu dəfə bu markalı benzinin qiyməti ötən ilin noyabrında bahalaşmışdı. Azərbaycanda ən çox istifadə edilən “ Aİ-92” markalı benzinin isə qiymətinin qalxmadığı bildirilir. Hazırda “ Aİ-92” markalı benzin 90 qəpikdir. 2017-ci ilin əvvəlində Premium Euro-95 markalı benzin 95 qəpiyə, Super Euro-98 markalı benzin isə 1 manat 10 qəpiyə satılırdı. Beləliklə, həmin vaxtdan bəri Premium Euro-95 benzini 55 qəpik, Super Euro-98 benzini isə 50 qəpik bahalaşıb. (azadliq.org) Teqlər : #''Aİ95'' və ''Aİ98'' markalı benzinin qiyməti bahalaşdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah ölkə ərazisində gözlənilən hava şəraiti Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb