ABŞ-da atışma: 5 nəfər güllələndi

ABŞ-ın Arizona ştatının paytaxtı – Finiks şəhərində evlərdən birində atışma nəticəsində öldürülmüş 5 nəfərin cəsədi aşkarlanıb.
 
Polisin məlumatına görə, hadisə məişət münaqişəsi zəminində qeydə alınıb.  
 
“Üç kişi və iki kişinin cəsədi aşkarlanıb. Onların adları açıqlanmır”, - deyə, “Los-Anceles Tayms” yazır.
 
“Ailə üzvlərindən biri evdən qaça bilib və şahid qohumlar arasında münaqişədən danışır”, - öz növbəsində Arizona polisinin nümayəndəsi bildirib.
 
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdə pəncərə və qapılar bağlı olub. Evə girmək üçün polislər xüsusi robotdan istifadə ediblər.
 
Bildirilir ki, qətli törətməkdə həmin ailənin bir üzvü şübhəli bilinir.  

Google+ WhatsApp ok.ru