ABŞ-da Ceykob Bleyk etirazları başladı: Viskonsin, Nyu-York, Minneapolis - VIDEO

ABŞ-da Ceykob Bleyk etirazları başladı: Viskonsin, Nyu-York, Minneapolis - VIDEO

Polis ABŞ-ın Viskonsin ştatında Ceykob Bleyk adlı afroamerikalı vətəndaşı arxadan vurandan sonra polis zorakılığına qarşı etirazlar yenidən şiddətlənib.
 
Avqustun 24-ü Bleyk ailəsinin qarşısında güllələnərək öldürüldükdən sonra qətl hadisəsinə etiraz etmək üçün Kenoşa məhkəməsinin qarşısına toplaşan etirazçılara polis müdaxilə edib.
 
ABŞ-ın Viskonsin ştatında polisin arxadan Ceykob Bleyk adlı bir afroamerikalını vurmasından sonra başlayan polis zorakılığına qarşı etirazları yatırtmaq üçün milli qvardiya çağırılıb.
 
Viskonsin qubernatoru Toni Evers açıqlama verərək, gecə yarısına qədər Viskonsin ştatının Kenoşa şəhərinə 125 milli qvardiyaçı qüvvənin gələcəyini söyləyib.
 
Demokratik qubernator olan Evers milli qvardiyaçıların şəhərin infrastruktur obyektlərinin mühafizə edilməsi və yanğınsöndürənlər ilə hadisələrə qarışan digərlərinin qorunmasının məsuliyyət daşıyacağını açıqlayıb
 
Milli qvardiyaçıları şəhərə çağırmaq qərarı bəzi nümayişçilərin maşınları yandırmaq və polis zorakılığına qarşı etiraz aksiyaları zamanı polislə toqquşmasından sonra verilib.
 
Şəhərdə axşam saat 20:00-dan sonra komendant saatı da elan edilib.
 
Ceykob Bleyk adlı afroamerikalının polis zorakılığına məruz qalması Nyu-York və Minneapolis şəhərlərində də etiraz doğurub.
 
Ceykob Bleyk adlı bir afroamerikalı Viskonsin ştatının Kenoşa şəhərində bazar günü günorta saatlarında baş vermiş hadisədə ağır yaralanmışdı. Sosial şəbəkədə yayılan videoda, polisin Bleykdən paltarını çəkərək avtomobilinin qapısını açmasının qarşısını almağa çalışdığı və sonra arxadan 7 dəfə atəş açdığı görünür.
 
Amerika mediasında gedən məlumatlara görə, xəstəxanada müalicə alan Bleykin səhhəti ağır olaraq qalır. Amerika mediasına danışan şahidlər, Bleykin mübahisə edən iki qadını ayırmağa çalışdığını və polisin bu anda gəldiyini iddia ediblər.
 
Viskonsin qubernatoru Toni Evers Tvitter üzərindən verdiyi açıqlamasında, Bleykə gündüz bir neçə dəfə atəş açıldığını qeyd edərək, belə yazıb: “Hələ də bütün təfərrüatları məlum olmasa da, əmin olduğumuz bir şey, dövlətimizdə və ya ölkəmizdəki hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən vurulan, xəsarət alan və ya vəhşicəsinə öldürülən ilk insan deyil”.
 
Vəkil Benjamin Kremp isə, Bleykin maşına girmək istəyərkən polis tərəfindən vurulduğunu və hər üç uşağının da o vaxt maşında olduğunu söyləyib.
 
“Bir polisin onların atasını vurduğunu gördülər. Əbədi travma alacaqlar. Uşaqlarımız daha yaxşılarına layiqdirlər”, - deyə o, bildirib. /salamnews
 

Google+ WhatsApp ok.ru