ABŞ-da helikopter qəzaya uğrayıb, ən azı 5 nəfər ölüb

ABŞ-ın şərqində helikopterin qəzaya uğraması nəticəsində ən azı 5 nəfər ölüb.
 
Trend-in RİA novosti-yə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla 15:30 baş verib.
 
Qeyd olunur ki, helikopter gəzinti uçuşu edirdi.
 
Hadisə yerində qəza briqadası işləyir. Qəzanın səbəbləri barədə hələlik məlumat yoxdur. /

Google+ WhatsApp ok.ru