ABŞ-da müsəlmanlara rentgen şüalı qətliam planı

ABŞ-da müsəlmanları qətlə yetirmək üçün radiasiya yayma cihazı hazırlayan amerikalı texnoloq Qlendon Skot Kraford həbs edilib.
Maide.az xəbər verir ki, “General Electric” şirkətində çalışan 51 yaşlı texnoloqun cəzası 15 dekabrda açıqlanacaq.
Onun 25 ilə qədər həbs cəzası alacağı gözlənilir.
Məhkəmənin qərarına görə, Kraford roentgen cihazı hazırlayaraq müsəlmanları radiasiyaya məruz qoymağı və bir neçə həftə içində öldürməyi planlayıb. Həmçinin bildirilib ki, onun digər hədəfi ABŞ prezidenti Barak Obamanı öldürmək olub.
Kraford hazırlamaqda olduğu cihazın adını “Elektrik Düyməsində Xirosima” adını verib. O, cihazı ilk olaraq məscidə və müsəlman şagirdlərin təhsil aldığı məktəblərdə istifadə etməyi planyıbmış. //

Google+ WhatsApp ok.ru