ABŞ-da təhqir edilən hicablı qadınlara təzminat ödəniləcək 01 Mart 2018 02:00 Xəbərlər -- 60 min dollar 2012-ci ildə ABŞ-ın Nyu-York şəhərində məktəblərdən birində şagirdlər arasında düşən davaya müdaxilə edən 3 hicablı qadın təhqir edilmişdi. Maide.az “İslam Today”a istinadən xəbər verir ki, polislər qadınların hicablarını çıxarmasını tələb edərək onların fotolarını çəkmişdi. Bundan sonra hər 3 qadın dini azadlıqlarına müdaxilə edən həmin polislər haqqında məhkəməyə müraciət etmişdilər. Məhkəmə prosesi illərlə uzansa da, nəhayət yekun qərar çıxarılıb. Qərara əsasən, qadınların hər birinə Nyu-York Polis İdarəsi tərəfindən 60 min dollar məbləğində təzminat ödənilməsi qərarlaşdırılıb. Teqlər : #ABŞda təhqir edilən hicablı qadınlara təzminat ödəniləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkmənistan aclıq ərəfəsində - VİDEO Ötən il Bakıda nə qədər ailə dağılıb?