ABŞ-ın güləş üzrə milli komandası İrana gəlib - FOTO

ABŞ-ın güləş üzrə milli komandası İrana gəlib - FOTO

ABŞ-ın güləş üzrə milli komandası Sərbəst Güləş Üzrə Dünya Kuboku yarışlarında iştirak etmək üçün İranın Kermanşah şəhərinə gəlib.
 
ABŞ prezidenti Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına tətbiq etdiyi ölkəyə giriş qadağası səbəbilə İran ABŞ güləşçilərini ölkəyə buraxmayacağını bildirmişdi. Lakin ABŞ məhkəməsinin Trampın fərmanının ləğv etməsilə bağlı qərarı çıxandan sonra, İranın Xarici İşlər Nazirliyi də ABŞ-ın güləş üzrə milli komandasının 15-16 fevral tarixlərində Sərbəst Güləş Üzrə Dünya Kuboku yarışlarında çıxış edə biləcəklərini açıqlayıb.
 
Sərbəst Güləş Üzrə Dünya Kuboku yarışları İran, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Azərbaycan, Hindistan və Monqolustanın iştirakı ilə fevralın 15-dən etibarən İranın Kermanşah şəhərində keçiriləcək. (deyerler) /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru