ABŞ-İran danışıqlarında irəliləyiş var

ABŞ və İran rəsmiləri İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş olduğunu, amma hələ görülməli çox iş qaldığını deyirlər. 
 
Maide.az xəbər verir ki,  rəsmilər həftə boyu İsveçrədə danışıqları davam etdiriblər.  Birləşmiş Ştatların Dövlət katibi John Kerry danışıqlarda kəskin problemlər çıxdığını, amma eyni zamanda uğurlar eldə edildiyini deyib. 
 
 Həmçinin İranın xarici işlər naziri Mohammad Javad Zarif İRNA agentliyinə danışıqlarda irəliləyiş olduğunu bildirib.  Amma o qeyd edib ki, qarşıda görülməli olan hələ çox işlər var.  "Biz yekun mərhələyə çatdıq. Biz irəli gedirik. Danışıqlar ekstremal çətin şəraitdə keçirilir. Bizim hələ qabaqda çox işimiz var", - deyə o, bildirib.
 
İranla danışıqlarda ABŞ,Rusiya, Çin,Böyük Britaniya,Fransa və Almaniya iştirak edir.  Tərəflər iyunun sonunadək yekun razılaşma əldə etmək qərarına gəliblər. /

Google+ WhatsApp ok.ru