ABŞ Azərbaycanla hərbi əməkdaşlığı genişləndirəcək

ABŞ Rusiya qarşı Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmək qərarına gəlib.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Konqresində “Rusiya təcavüzünə qarşı əks təsirlər” (Russian Aggression Prevention Act of 2014) adlı qanun layihəsi qəbul olunub.

Qanun layihəsində ABŞ Silahlı Qüvvələri Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Bosniya və Herseqovina, Kosova, Makedoniya, Serbiya ölkələrinin Silahlı Qüvvələri ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Layihədə birgə hərbi təlimlərin keçirilməsi də qeyd olunub.

Qanun layihəsinə əsasən, ABŞ və NATO yuxarıda qeyd olunan ölkələrdə təhlükəsizliyin təmin edilməsi üçün kömək etməlidir.

Bundan başqa ABŞ dövlət katibi Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Bosniya və Herseqovina, Kosova, Makedoniya, Serbiya ilə müdafiə sahəsində ikitrəfli əməkdaşlıq məsələləri müzakirə etməlidir. /

Google+ WhatsApp ok.ru