`ABŞ bəşəriyyətə qarşı tiranlığın simvoludur`

Ali lider Ayətullah Xameneyi dünən dərc olunan və ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı MKİ-nin 11 Sentyabrdan sonra işgəncə verdiyini ortaya çıxaran sənəd haqqında, "ABŞ hökuməti bəşəriyyətə qarşı tiranlığın simvoludur", - deyib.
 
Maide.az xəbər verir ki, Ali liderin Twitter hesabından "Torture Report" (İşgəncə Hesabatı) haştaqı ilə paylaşılan açıqlama, "Bu gün ABŞ hökuməti bəşəriyyətə qarşı tiranlığın simvoludur" sözləri ilə başlayır: "İnsan haqları, demokratiya və azadlıq adı ilə dəbdəbəli təbliğat aparan dominant ölkələrin bəşəriyyətlə necə davrandığına baxın. Qürurlu bir ölkə olduğunu irəli sürürlər: ABŞ hökuməti bir çox həqiqətin fərqində olmayan vətəndaşlarını alçaltmış və çaşdırmışdır."

Google+ WhatsApp ok.ru