Abşeronda elektrik qatarlarının hərəkəti dayandırılır 05 İyun 2020 11:46 Ölkə "Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkətini dayandırır. Bu barədə "Report"a qurumdan bildirilib. Məlumata görə, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, elektrik qatarları bu həftənin şənbə və bazar günləri hərəkətdə olmayacaq. Xatırladaq ki, qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır. Teqlər : #Abşeronda,#elektrik,#qatarlarının,#hərəkəti,#dayandırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həftəsonu küçəyə çıxmaq cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır