Abşeron rayonunun qaz təchizatı məhdudlaşdırılır

Abşeron rayonunun qaz təchizatı məhdudlaşdırılır

 
Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aparılan abadlıq işləri ilə bağlı,qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin  qaz təchizatı mənbəyinə birləşdirilməsi eləcədə qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar, oktyabrın 07-də saat  09:00-dan 18:00-dək Abşeron rayonunun Xırdalan şəhəri və Güzdək, Qobu qəsəbələrinin həmçinin Hökməli, Nübar, Atyalı, Quşçuluq adlanan ərazilərinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
 
Aparılan işlərin Xəzər rayonunun Şüvəlan və Binəqədi rayonunun Binəqədi, Rəsulzadə qəsəbələri ərazisinin  qaz təchizatına təsir göstərməsi mümkündür. (apa) /

Google+ WhatsApp ok.ru