Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq
 
Noyabrın 25-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, saat 11:00-dan 14:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin “Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Maide.Az SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Qaradağ rayonunun Puta, Körgöz və Qızıldaş, Şəmkir rayonunun Sarıtəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. /

Google+ WhatsApp ok.ru