Abgül Süleymanovun 11 il həbs olunmasıyla bağlı Avropa İnsan Hüquqları Məhkəməsində iş açıldı

Saxta ittihamlarla həbs olunan Abgül Süleymanovun 11 il həbs olunmasıyla bağlı Avropa İnsan Hüquqları Məhkəməsində iş açıldı Bu haqda İslamazeri.az-a məlumatı ruhaninin vəkili Cavad Cavadov məlumat verib.
Vəkil bu haqda deyib: "Abgül Süleymanovun 11 il azadlıqdan məhrum edilməsinə dair Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət qəbul edilərək iş açılmışdır. Biz Abgül Süleymanovun məhkum olunmasına dair yekun məhkəmə qərarından Avropa Məhkəməsinə şikayət göndərmişdik (onun 11 il azadlıqdan mərum edilməsinə dair) və qəbul edilmənin təsdiq məktubu gəlib, iş açılıb, nömrə verilib. Allahın izni ilə tezliklə kommunikasiya mərhələsi başlayar."
Qeyd edək ki, ruhaninin 6 aylıq karsa salınması haqda da,  Avropa İnsan Hüquqları Məhkəməsinə məktub göndərilmişdi. Şikayət olaraq ruhaninin 6 ay qapalı rejimə məhkum edilməsinin hansı nizamnamələrə əsasən edilməməsi göstərilirdi. Bu şikayət də  Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş, iş açılmışdı./
 

Google+ WhatsApp ok.ru