ABŞ həbsxanasında iğtişaşlar zamanı 50-dən çox dustaq xəsarət alıb

ABŞ həbsxanasında iğtişaşlar zamanı 50-dən çox dustaq xəsarət alıb

ABŞ-ın Kaliforniya ştatında, Soledad şəhər cəzaçəkmə müəssisəsində baş vermiş iğtişaşlar zamanı 50-dən çox dustaq xəsarət alıb.   APA xəbər verir ki, bu barədə ştatın cəzaçəkmə müəssisələri idarəsinin məlumatında deyilir.   Bildirilir ki, iğtişaşlar müəssisənin həyətində təxminən 200 dustaq arasında baş vermiş kütləvi dava zamanı yaşanıb. Qarşıdurma nəticəsində 50 məhbusa həbsxanada tibbi yardım göstərilib, daha 8 nəfər xəstəxanaya yerləşdirilib.   Məlumata görə, təhlükəsizlik xidmətinin əməkdaşları xəbərdarlıq atəşi açdıqdan sonra iğtişaşlar yatıb. Insident zamanı, həmçinin həbsxana gözətçiləri arasında xəsarət alanlar olmayıb.

Google+ WhatsApp ok.ru