ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Bakıya gəlir

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Bakıya gəlir

Çərşənbə günü ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri John Boltonun Qafqaz turu çərçivəsində Azərbaycan səfəri başlayır.
 
Onun Azərbaycanın yüksək vəzifəli məmurları, o cümlədən ölkə rəhbərliyi ilə görüşü gözlənilir.
 
John Bolton Azərbaycandan əvvəl Rusiyaya səfər edərək prezident Vladimir Putinlə görüşüb.
 
Amerikalı müşavirlə Putin nədən danışıb?
 
Putinlə görüşdən sonra John Bolton jurnalistlərə bildirib ki, Rusiya lideri ilə Donald Trump-ın ötən şənbə günü verdiyi orta və qısa məsafəli raketlərin ləğvi haqqında müqavilədən çəkiləcəyi qərarını müzakirə ediblər.
 
John Bolton onu da deyib ki, Putinlə söhbət zamanı ABŞ-ın Rusiyaya qarşı sanksiyaları, Rusiyanın Amerika seçkilərinə qarışması, Suriya məsələsi də müzakirə obyekti olub.
 
Görüş zamanı Putin və Trump-ın növbəti görüşünün vaxtı da müəyyənləşdirilib.
 
"Donald Trump ilə Ağalarovların münasibəti və Ağalarovlar, Kreml və münasibətlər..." - ABŞ təhqiqatçılarını maraqlandıran məsələlər olub
 
BBC-nin Rusiya xidməti xəbər verib ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov artıq noyabrın 11-də Birinci Dünya Müharibəsinin başa çatması münasibətilə keçiriləcək mərasimdən sonra Putin və Trump-ın "normal ikitərəfli görüşlər keçirə biləcəklər" deyib.
 
John Boltonun Azərbaycandan sonra Ermənistan və Gürcüstana da səfər edəcəyi gözlənilir./bbc/
 

Google+ WhatsApp ok.ru