ABŞ səfirliyi Leyla Yunusu nüfuzlu mükafata namizəd irəli sürdü

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Leyla Yunusu “Mərdliyə görə” nüfuzlu beynəlxalq mükafata namizəd irəli sürüb (International Women of Courage Award).
Bu barədə azadliq.info-ya Leyla Yunusun qayını Ramiz Yunus məlumat verib.
Mükafatı 2007-ci ildə ABŞ Dövlət Departamenti o zamankı dövlət katibi Kondaliza Raysın təşəbbüsü ilə təsis edib.
Mükafat sosial ədalət və insan haqları uğrunda mübarizədə fərqlənən qadınlara verilir./

Google+ WhatsApp ok.ru