ABŞ Ukrayna sərhədçilərinə təlim keçəcək

Pentaqon bildirib ki, gələn ay 290 ABŞ paraşütçüsü Ukraynanın qərbinə ezam olunacaq və ölkə milli qvardiyasının 3 batalyonuna təlim keçəcək.
 
Pentaqonun sözçüsü Steve Warren martın 19-da bildirib ki, İtaliyadakı hərbi personal Yavoriv təlim mərkəzində çalışacaq.
 
Təlimin dəqiq vaxtı açıqlanmasa da, aprelin sonunda baş tuta bilər. Ancaq bu təlimlər ötən ilin avqustuna elan olunub, martın ortasında başlamalıydı, ertələnib.
 
ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri Ben Hodges bu həftə jurnalistlərə deyib ki, təlim missiyasını yubatmağın bir məqsədi Moskvaya Minsk sazişindən çəkilməyə bəhanə verməmək olub.azadliq/

Google+ WhatsApp ok.ru