Acarıstan Muxtar Vilayətində müsəlmanlara iki bina bağışlanıb

Maide.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iştrakı ilə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin sərəncamına verilən binaların açılışı olub.
 
Açılış mərasimində müftilər Hacı Beglar Kamaşidze və Hacı Yasin Əliyev, Şeyxin nümayəndəsi Hacı Qurban Murquzov, Acarıstanın hökümət başçısı Arçil Xabadze, Ali Məclisin sədri Avtandil Beridze, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze, Qərbi Gürcüstan müftisinin rayon üzrə nümayəndələri, QHT sədrləri iştrak ediblər.
 
Hədiyyə olunan binalardan biri BGMİ-nin Acara Muxtar vilayətindəki rəsmi idarəsi, ikincisi isə din və təhsil mərkəzi kimi fəaliyyət üçün nəzərdə tutulub.
 
 
 
 

Google+ WhatsApp ok.ru