Ağdamın işğalından 22 il keçir

1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt ediblər. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə rəsmilər Azərbaycan iqtisadiyyatının 3 milyard manat itirdiyini bildirirlər.
 
Ağdam şəhəri 80 kəndlə bir yerdə işğal altındadır. 130 minə yaxın ağdamlı indi məcburi köçkündür. Ağdam uğrunda döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox adam həlak olub.
 
Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.
 
Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.

Google+ WhatsApp ok.ru