Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Oktyabrın 21-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir.  

Təhsil Nazirliyindən verilən məlumata görə, cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.  

Qeyd olunub ki, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Google+ WhatsApp ok.ru