Şahid təzə qatarın azıb Sumqayıtın yerinə Siyəzənə getdiyini deyib

Sərnişinlər Sumqayıt yerinə azıb Siyəzənə gedən qatarda yolun onlara tanış gəlmədiyini görəndə bərk narahat olublar. Hadisə şahidləri deyib ki, qorxuya düşən sərnişinlərdən özündən gedənlər, halı pisləşənlər də olub.
 
Həmin qatarda olan sərnişinlərdən Baxış Süleymanov sayta deyib ki, yolun uzandığını,qatarın ünvana çatmadığını görən sərnişinlərdən bəziləri narahat olub. Nəzarətçidən niyə hələ də qatarın mənzil başına çatmadığını soruşub: ««Bilmirəm» cavabını eşitdikdə bir neçə nəfər pəncərədən harada olduğumuza baxdı. Elə təşviş də bundan sonra başladı. Daha sonra maşinist qatarı saxlayaraq 10 dəqiqə gözlədi. Sonradan isə geriyə hərəkət etməyə başladıq. Təxminən 30 dəqiqə sonra isə Sumqayıtda olduq». (olke.az)

Google+ WhatsApp ok.ru