AIP sədri: Aşura Azərbaycan xalqının sahib çıxdığı ən müqəddəs dəyərdir

 “Aşura Azərbaycan xalqının sahib çıxdığı ən müqəddəs dəyərlərdən biridir və zaman-zaman xalqımız bu dəyərin yaşaması üçün əlindən gələn bütün fədakarlıqları edib.”
 
Maide.az xəbər verir ki, bu sözləri İslaminSesi.org-a AİP-in sədr əvəzi İlham Əliyev hazırda müsəlman dünyasında böyük ehtiramla qeyd edilən İmam Hüseyn(ə)-ın əza günləri və Aşura dəyərləri ilə bağlı açaıqlama verərkən qeyd edib.
 
AİP rəhbərinin sözlərinə görə, Azərbaycan xalqı tarixən əziz İslam peyğəmbəri(s) və onun Əhli-Beytinə(ə) məhəbbəti və sədaqəti ilə fərqlənən xalqlardan olub:
 
“Məhz bunun nəticəsidir ki, min illərdir Azərbaycan xalqı Aşura mərasimlərini ən yüksək formada və coşqu ilə qeyd edir. Düzdür ki, müəyyən zamanlarda xalqımızın Aşura dəyərlərinə qarşı düşmən əlləri uzanıb və müxtəlif formalarda zərbə vurmağa çalışıblar. Lakin Azərbaycan xalqının İmam Hüseyn(ə)-ma olan bağlılığı düşmənlərin arzularının ürəklərində qoyub. Məhz Aşura məktəbinin nəticəsidir ki, bu məmləkətdə Şəhid Mübariz, Şəhid Fərid kimi mübariz və fədakar cavanlarımız meydana çıxıb. Düşmənin də Əhli-Beyt məktəbi ilə mübarizə aparmasının ən başlıca səbəblərindən biri də xalqımızı, xüsusilə cavanlarımızı Aşura məktəbindən ayrı salmaq və Şəhid Mübariz ruhiyyəli gənclərin yetişməsinin qarşısını almaqdır.”
 
“Bəzi islam adına iddia edən dini cərəyanlar məhz Aşura günü oruc tutmağın böyük fəzilətə və savaba səbəb olacağına dair fikirlər yayırlar. Bununla bağlı nə deyə bilərsiz?” – sualını da cavablandıran İlham Əliyev bildirdi ki, bu peyğəmbər və Əhli-Beyt(ə)-ma düşmən kəsilmiş Bəni Üməyyə nəsilinin təfəkkürüdür:
 
“Tarixi mənbələrdə qeyd edilir ki, İmam Hüseyn(ə)-mı Aşura günü qətlə yetirib və yaxınlarını əsir etdikdən sonra Bəni-Üməyyə və tərəfdarları həmin günü zahiri qələləblərinə görə bayram kimi qeyd etdilər və Allaha şükr əlaməti olaraq həmin günü oruc tutdular. Məhz Aşura günü oruc tutmaq ənənəsi də bu baxımdan düzgün deyil və Bəni-Üməyyə təfəkkürünə uyğundur.” /

Google+ WhatsApp ok.ru