Çala-çuxurlu Bakı-Quba yolu... (VIDEO)

Çala-çuxurlu Bakı-Quba yolu... (VIDEO)

Bakı-Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu bərbad vəziyyətdədir. Bu yoldan istifadə edən əməkdaşımız şahid olub ki, istifadəyə verilməsindən 5 il vaxt keçsə də, beton örtüklü bu yolun təmir olunmayan və yamanmayan hissəsi qalmayıb. Hətta yola o qədər yamaq vurulub ki, nisbətən alçaq və köhnə avtomobillə bu yolu keçib getmək qəhrəmanlıq tələb edir.
 
Virtualaz.org xəbər verir ki, xüsusən də, yolun Siyəzən rayonundan keçən hissəsində dağılmış beton dəfələrlə asfaltlansa da, yoldakı çala-çuxur örtülməyib. Nəticədə avtomobillər bu yollarda tez-tez sıradan çıxır, xarab olur.
 
Qeyd edək ki, Azərbaycanda ən böyük tikinti layihələrindən olan Bakı-Quba yolunun tikintisinə 2008-ci ildən başlanılıb və 2010-cu ildə tamamlanıb. İstifadəyə verilən vaxtdan bu günə kimi yolun müxtəlif hissələri fasilələrlə təmirə bağlanıb.
 
Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib. 
 

Google+ WhatsApp ok.ru